Nursultan Nazarbayev istefa verib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən getdiyini açıqlayıb.

Leqal.info-nun məlumatına görə, bu barədə N.Nazarbayev özü xalqa müraciətində deyib.

Ölkə prezidenti səlahiyyətlərini növbəti seçkilərədək Qazaxıstan Senatının spikeri Kasım-Jomar Tokayev icra edəcək.

Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən ölkəyə rəhbərlik edib. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.скачать dle 10.6фильмы бесплатно
19-03-2019, 17:20
Baxıs: 61 913
Reyting: