Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edilib
Qazaxıstan parlamenti birinci oxunuşda paytaxt Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.
Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, Qazaxıstan paytaxtı ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyacaq. Qeyd edək ki, bu gün Qazaxıstan parlamenti palatalarının birgə iclası zamanı prezident Kasım-Jomart Tokayev ölkənin paytaxtına birinci prezident Nursultan Nazarbayevin adını vermyi təklif edib. Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb. Ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır. |
XƏBƏR LENTİ
Bu gün, 08:29
Bu gün, 08:26
Bu gün, 08:23
Bu gün, 08:16
Bu gün, 08:14




































