Seninem.Az > Dünya / Manşet Yuxarı > Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edilib
Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edilibTarix: 20-03-2019, 14:34. Müəllif: admin |
Qazaxıstan parlamenti birinci oxunuşda paytaxt Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib. Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, Qazaxıstan paytaxtı ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyacaq. Qeyd edək ki, bu gün Qazaxıstan parlamenti palatalarının birgə iclası zamanı prezident Kasım-Jomart Tokayev ölkənin paytaxtına birinci prezident Nursultan Nazarbayevin adını vermyi təklif edib. Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb. Ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır. Geri Qayıt |