Venesuelada hərbçilərin olduğu təyyarə qəzaya uğrayıb
Venesuelanın şərqində yerləşən Bolivar ştatında "Cessna 206" modelli yüngül təyyarə qəzaya uğrayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Qran-Sabana rayonunda qəzaya uğrayan təyyarənin göyərtəsində Venesuela Silahlı Qüvvələrinin 3 polkovniki və bir serjantı olub. Məlumata əsasən, hələlik hərbçilər arasında sağ qalanların olub-olmaması məlum deyil. Təyyarənin qəzaya uğramasının səbəbi barədə məlumat verilmir. Qəzanın baş verməsi barədə rəsmi məlumat yayılmayıb. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































