Seninem.Az > Dünya / Manşet Yuxarı > Venesuelada hərbçilərin olduğu təyyarə qəzaya uğrayıb
Venesuelada hərbçilərin olduğu təyyarə qəzaya uğrayıbTarix: 12-03-2019, 08:34. Müəllif: admin |
Venesuelanın şərqində yerləşən Bolivar ştatında "Cessna 206" modelli yüngül təyyarə qəzaya uğrayıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Qran-Sabana rayonunda qəzaya uğrayan təyyarənin göyərtəsində Venesuela Silahlı Qüvvələrinin 3 polkovniki və bir serjantı olub. Məlumata əsasən, hələlik hərbçilər arasında sağ qalanların olub-olmaması məlum deyil. Təyyarənin qəzaya uğramasının səbəbi barədə məlumat verilmir. Qəzanın baş verməsi barədə rəsmi məlumat yayılmayıb. Geri Qayıt |