Səudiyyə Ərəbistanında hərbi təyyarə qəzaya uğrayıb

Bazar ertəsi Səudiyyə Ərəbistanının şimal-qərbində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təlim-məşq təyyarəsi qəzaya uğrayıb.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə "Al Khaleej" xəbər portalı məlumat yayıb.

Bildirilir ki, Britaniya istehsalı olan "Hawk" təyyarəsi Tabuk şəhərində 100 km məsafədə yerə düşüb. Əraziyə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub, lakin, məlumata görə, göyərtədə olan iki pilot ölüb.

Hadisə ilə bağlı rəsmi məlumat yoxdur.

Bundan əvvəl oktyabrın 5-də Rusiyaya məxsus "MiQ-29" qırıcısı qəzaya uğramışdı.скачать dle 10.6фильмы бесплатно
16-10-2018, 02:36
Baxıs: 63 264
Reyting: