İranda üç dəfə ardıcıl seçilən deputatın seçkilərə namizədliyi qadağan edildi

İranda 3 dəfə ardıcıl olaraq deputat seçilmiş şəxslərin növbəti parlament seçkilərinə namizədliyi qadağan olunub.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, İran parlamentinin deputatları bu gün ardıcıl 5 dəfə deputat seçilən Hüseyn Əmiri Xamkaninin əlaqədar təklifini araşdırıb və təsdiqləyiblər.

Qərara əsasən 3 dəfə deputat seçilən şəxslər bir tur seçkilərə qatıla bilməyəcək və növbəti seçkilərdə namizədliyini irəli sürə bilər.

5 dəfə ardıcıl deputat seçilən Məhəmməd Rza Tabeş bu qərarın qanunvericilik sahəsində gənclərə fürsətin verilməsinə gətirib çıxaracağını deyib.скачать dle 10.6фильмы бесплатно
3-03-2019, 17:22
Baxıs: 38 216
Reyting: