İtaliyada parlament seçkilərində səsvermə başa çatıb

İtaliyada keçirilən parlament seçkilərində səsvermə başa çatıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 23:00-da ölkədə bütün seçki məntəqələri bağlanıb.

Seçkilərdə İtaliya parlamentinin aşağı palatasına 630 deputat, yuxarı palatasına 315 senator seçiləcək. Ümumilikdə, 31 partiyadan 7762 nəfərin namizədliyi irəli sürülüb. Rəy sorğularına görə, heç bir siyasi qüvvə 40%-liq həddi aşa bilməyəcək.

Bununla belə sağ mərkəzçi partiyaların koalisiyası seçkilərin favoriti hesab edilir. Belə ki, İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin "İrəli, İtaliya!", Matteo Salvininin "Liqa", Corci Meloninin "İtaliya Qardaşları" və Raffael Fittonun "İtaliya ilə Birgəyik" partiyasının daxil olduğu blokun seçkilərdə 40%-dək səs toplayacağı proqnozlaşdırılır.скачать dle 10.6фильмы бесплатно
5-03-2018, 03:12
Baxıs: 41 536
Reyting: