Seninem.Az > Dünya / Manşet Yuxarı > İranda üç dəfə ardıcıl seçilən deputatın seçkilərə namizədliyi qadağan edildi
İranda üç dəfə ardıcıl seçilən deputatın seçkilərə namizədliyi qadağan edildiTarix: 3-03-2019, 17:22. Müəllif: admin |
|
İranda 3 dəfə ardıcıl olaraq deputat seçilmiş şəxslərin növbəti parlament seçkilərinə namizədliyi qadağan olunub. Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, İran parlamentinin deputatları bu gün ardıcıl 5 dəfə deputat seçilən Hüseyn Əmiri Xamkaninin əlaqədar təklifini araşdırıb və təsdiqləyiblər. Qərara əsasən 3 dəfə deputat seçilən şəxslər bir tur seçkilərə qatıla bilməyəcək və növbəti seçkilərdə namizədliyini irəli sürə bilər. 5 dəfə ardıcıl deputat seçilən Məhəmməd Rza Tabeş bu qərarın qanunvericilik sahəsində gənclərə fürsətin verilməsinə gətirib çıxaracağını deyib. Geri Qayıt |