Aİ tərkibində qalan dövlətlər "Brexit" sazişini təsdiq ediblər

Avropa İttifaqı (Aİ) tərkibində qalan dövlətlər Böyük Britaniyanın Aİ-dən çıxmasına dair razılaşma layihələrini ("Brexit") təsdiq ediblər.

"Leqal info" “Report”a istinadən xəbər verir ki, bunu öz "Twitter" mikrobloqunda Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk yazıb.

"Avropa İttifaqının 27 üzv ölkəsinin liderləri Aİ və Birləşmiş Krallığın gələcək münasibətlərinə dair ayrılma və siyasi bəyannamə haqqında sazişi təsdiq ediblər", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Donald Tusk Avropa İttifaqı ilə Böyük Britaniya arasında siyasi bəyannamənin razılaşdırıldığını demişdi.скачать dle 10.6фильмы бесплатно
25-11-2018, 14:41
Baxıs: 62 082
Reyting: