Almaniyada hava şarı qəzaya uğradı
Almaniyanın qərbində, Varendorf şəhərinin yaxınlığında hava şarının qəzaya uğraması nəticəsində 6 nəfər xəsarət alıb.
Trend-in yerli polisə istinadən verdiyi məlumata əsasən, hadisə ötən gün yerli vaxtla 20:55-də baş verib. Şarın qəzaya uğradığı zaman güclü yağış yağdığı qeyd olunur. Şar yerə 10 metr yüksəklikdən düşüb. Xəsarət alan 6 nəfərdən 3-ü ciddi xəsarətlər alıblar. Onlarda biri helikopter vasitəsi ilə xilasetmə xidmətinin xəstəxanasına çatdırılıb. Hadisənin daha dəqiq səbəbləri araşdırılır. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































