Seninem.Az > Dünya / Manşet Yuxarı > Almaniyada hava şarı qəzaya uğradı
Almaniyada hava şarı qəzaya uğradıTarix: 17-06-2018, 15:09. Müəllif: admin |
Almaniyanın qərbində, Varendorf şəhərinin yaxınlığında hava şarının qəzaya uğraması nəticəsində 6 nəfər xəsarət alıb. Trend-in yerli polisə istinadən verdiyi məlumata əsasən, hadisə ötən gün yerli vaxtla 20:55-də baş verib. Şarın qəzaya uğradığı zaman güclü yağış yağdığı qeyd olunur. Şar yerə 10 metr yüksəklikdən düşüb. Xəsarət alan 6 nəfərdən 3-ü ciddi xəsarətlər alıblar. Onlarda biri helikopter vasitəsi ilə xilasetmə xidmətinin xəstəxanasına çatdırılıb. Hadisənin daha dəqiq səbəbləri araşdırılır. Geri Qayıt |