Türkiyə Afrində əməliyyatları maya qədər yekunlaşdıracaq
Türkiyə Silahlı Qüvvələri Afrində apardıqları hərbi əməliyyatları maya qədər yekunlaşdırmağı planlaşdırır.
Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib. O həmçinin qeyd edib ki, İraq hökuməti ilə birlikdə terrorçu PKK qruplaşmasına qarşı əməliyyatlara başlanacaq. Məlumat üçün bildirək ki, Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3055-ə çatıb. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































