Seninem.Az > Dünya > Türkiyə Afrində əməliyyatları maya qədər yekunlaşdıracaq

Türkiyə Afrində əməliyyatları maya qədər yekunlaşdıracaq


Tarix: 8-03-2018, 14:54. Müəllif: admin
Türkiyə Silahlı Qüvvələri Afrində apardıqları hərbi əməliyyatları maya qədər yekunlaşdırmağı planlaşdırır.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.

O həmçinin qeyd edib ki, İraq hökuməti ilə birlikdə terrorçu PKK qruplaşmasına qarşı əməliyyatlara başlanacaq.

Məlumat üçün bildirək ki, Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3055-ə çatıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt