"Türkiyə PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir"

Türkiyə PKK, PYD/YPG terror qruplaşmaları ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Berlində rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

“YPG və PYD PKK-nın Suriyadakı qollarıdır. Bunu Britaniya və ABŞ xüsusi xidmət qurumları da etiraf edir. Bu cinayətkar təşkilatın məqsədi bölgədə gərginlik və yeni münaqişə ocaqları yaratmaqdır. Ankara PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir”, - deyə baş nazir qeyd edib.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.скачать dle 10.6фильмы бесплатно
16-02-2018, 03:22
Baxıs: 29 598
Reyting: