Bu ölkədə gözəllik salonları QADAĞAN EDİLDİ

Bu ölkədə gözəllik salonları QADAĞAN EDİLDİ

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” rejimi ölkədəki gözəllik salonlarının bağlanmasını əmr edib.

Bu barədə Əxlaqın Təbliği Nazirliyinin sözçüsü Məhəmməd Sadiq Akif bildirib.

Onun sözlərinə görə, gözəllik salonlarının bağlanması üçün son tarix bir aydır.

Xarici hökumətlər və BMT rəsmiləri Əfqanıstanda qadınlara qarşı artan məhdudiyyətləri pisləyib.

Belə ki, 2022-ci ildə “Taliban” əksər qız liseylərini bağlayıb, qadınların universitetdə təhsil almasını qadağan edib. Həmçinin qadınların hamam, idman zalları və parklar da daxil olmaqla bir çox ictimai yerlərdə olması qadağan edilib.скачать dle 10.6фильмы бесплатно
4-07-2023, 17:14
Baxıs: 179
Reyting: