Əfqanıstanda “Taliban”ın 10 silahlısı məhv edilib

Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin mərkəzindəki Vardak vilayətində “Taliban” radikal hərəkatının 10 silahlılısı məhv edilib.

Leqal.info Trend-ə istinadən xəbər verir ki, bu barədə əyalət polisinin rəsisi general Əhməd Fahim Kaim məlumat verib.

O, qeyd edib ki, əməliyyat zamanı 10 silahlı məhv edilib.

“Toqquşma cümə günü axşam baş verib.Taliblər Türkmənistandan gələn Argandi-Qazinin elektrik ötürücü xəttində çalışan mühəndisləri mühafizə edən təhlükəsizlik qüvvələrinin bölmələrinə hücüm edib. Atışma zamanı “Talibanın” üç səhra komandiri öldürülüb” - deyə Daxili İşlər Nazirliyinin əməkdaşı bildirib.

Hücum zamanı həmçinin bir hərbiçi həlak olub, ikisi yaralanıb.
скачать dle 10.6фильмы бесплатно
24-12-2017, 02:17
Baxıs: 437
Reyting: