Putinin bu ölkəyə girişi qadağan edildi

Putinin bu ölkəyə girişi qadağan edildi

“Rusiya prezidenti Vladimir Putinin Moldovaya girişi qadağan edilib”.

Bunu Moldovanın baş naziri Dorin Reçan deyib.

“Rəsmi Moskva bizə nə etməli və nəyi etməməli olduğumuzu deyə bilməz. Moldova müstəqil, suveren ölkədir və xalqın və ya konkret vətəndaşın seçiminə hörmət etməyən hər kəs dövlətin sərhədlərini keçməməlidir”, – deyə Nazirlər Kabinetinin rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Rusiya məmurlarının müəyyən siyahısı var ki, onların ölkəmizə girişi qapalıdır, lakin hazırda onu ictimaiyyətə açıqlamaq mümkün deyil.

“Bəziləri gələndə xəbər tutur, bəziləri isə artıq bilir. Nə vaxtsa siyahını dərc edəcəyik, indi işləmə mexanizmi kifayətdir”, – deyə Reçan əlavə edib.скачать dle 10.6фильмы бесплатно
28-04-2023, 08:54
Baxıs: 360
Reyting: