Avstriyanın XİN rəhbəri Putinlə ilk görüşündən danışıb

Avstriyanın xarici işlər naziri Karin Knaysl Rusiya prezidenti Vladimir Putinlə tanışlığından danışıb.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, Knaysl prezidentlə ilk görüşün hələ 2001-ci ildə, o, jurnalist işləyəndə baş tutduğunu bildirib.

"Mən ilk dəfə Vladimir Putini hələ 2001-ci ildə, jurnalist işləyəndə, Putin və Corc Buşun Lyublyanadakı birinci görüşündə qarşıladım. Biz söhbət, fikir mübadiləsi apardıq. Başqa cür o çətin ki, dəvəti (toya-red) qəbul edərdi", - deyə XİN rəhbəri bildirib.

Rusiya lideri ötən ilin 18 avqustunda Avstriyanın XİN rəhbərinin maliyyəçi Volfqanq Maylinqera ilə toyunda iştirak edib. Knaysl qeyd edib ki, bu səfərə görə KİV-dən böyük ajiotajı gözləmirdi.

"Vladimir Putin mənim toyuma xüsusi şəxs kimi gəldi. KİV-də buna uyğun rezonans yarandı", - deyə o əlavə edib. Nazir bildirib ki, Putinin onun toyuna gəlməsinə razı olduğunu bildikdə KİV-in buna böyük reaksiya verəcəyini başa düşüb.

Bundan başqa, Knaysl Rusiya xarici işlər naziri Sergey Lavrovla da çox gözəl qarşılıqlı anlaşmasının olduğunu da qeyd edib. Onun sözlərinə görə, bir dəfə onlar eyni siqareti birlikdə çəkiblər.скачать dle 10.6фильмы бесплатно
11-03-2019, 05:00
Baxıs: 53 806
Reyting: