Çavuşoğlu Ukraynadakı müharibənin Rusiyanın Suriyadakı hərbçi sayına təsirindən danışıb

“Rusiyanın Suriyada iki önəmli bazası var. O bazalarda onun mövcudluğu davam edir. Digər tərəfdən, əldə etdiyimiz kəşfiyyat məlumatlarına əsasən, ölkənin bəzi bölgələrindən digər bölgələrinə köçürülmələr olur”.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.

“Bundan başqa, son görüşdüyümüz bölgə ölkələri Rusiya qüvvələrinin Suriya-İordaniya sərhədindən geri çəkildiyini, ölkənin daxilinə doğru getdiyini söyləyirlər. Yəni Ukraynadakı müharibəyə görə dəyişikliklər ola bilər, lakin say baxımdan çox ciddi dəyişiklik müşahidə etmirik”, - XİN başçısı qeyd edib.скачать dle 10.6фильмы бесплатно
31-05-2022, 13:42
Baxıs: 27 746
Reyting: