Ukrayna Kiyevə qoşun toplayır
Ukrayna Silahlı Qüvvələri Kiyevə yeridilib.
Leqal.info UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Vadim Denisenko feysbuk səhifəsində yazıb. “Şəhəri müdafiə etmək üçün hazırda Kiyevə Ukraynanın hərbi texnikası daxil olur”, - o bildirib. V.Denisneko Ukrayna ordusunun hərbi texnikasının hərəkətini çəkməməyi və yaymamağı xahiş edib. Kiyevin meri Vitali Kliçko brifinqdə bildirib ki, ölkə paytaxtında vəziyyət ağır və gərgindir: “Ukrayna ordusu Kiyevə ətrafında müdafiə qurur. Təəssüf ki, düşmənin diversiya qrupu artıq Kiyevə soxula bilib”. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































