Poroşenko və Kliçko Maydanda sərxoşluq edirdilər

Maydan hərəkatının üzvlərini 2 qrupa bölmək olar.

Ukrayna prezidenti Petr Poroşenko və Kiyev şəhərinin meri Vitali Kliçko Avromaydan hadisələri zamanı sərxoşluq edirdilər.

Leqal.info AzNews.az-a istinadən xəbər verir ki, bu informasiyanı Ukraynanın Sosialist partiyasının lideri, Ukrayna daxili işlər naziri Arsen Avakovun bir vaxtlar müşaviri vəzifəsində çalışan İlya Kiva Newsone-nun efirində səsləndirib.

Onun sözlərinə görə Maydan hərəkatının üzvlərini 2 qrupa bölmək olar:

"Birinci qrupa barrikadalarda barmaqları donanlar, ikinci qrupa isə Həmkarlar Evində yerləşən qərargahda sərxoşluq edənlər daxildir. Poroşenko və Kliçko vaxtlarının çoxunu qapalı yerdə keçirənlərdəndir. Şahidi olmuşam ki, Poroşenko qərargahda sərxoş halda gəzirdi, Kliçko isə içkinin təsirindən ayaq üstə zorla dururdu".

Xatrıladaq ki, 21 noyabr Ukraynada ləyaqət və azadlıq günü kimi qeyd edilib. Bu bayram Kiyevdə etiraz aksiyasının başlanmasına həsr olunub. Həmin olaylar Ukraynanın siyasi kursunu tamamilə dəyişib.скачать dle 10.6фильмы бесплатно
22-11-2018, 17:03
Baxıs: 66 901
Reyting: