Ukrayna MN: “Kiyevin mərkəzinə irəliləyən Rusiya hərbçiləri məhv edilib”

“Ukraynanın mərkəzinə doğru irəliləyən Rusiya hərbçiləri məhv edilib”.

Leqal.info xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar feysbukda yazıb.

11:52
“Düşmən (Rusiyanı nəzərdə tutur - red.) Ukrayna Hərbi Silahlı Qüvvələrinə məxsus iki avtomobili ələ keçirərək ukraynalı hərbçilərin geyimində Kiyevin mərkəzinə Oboloni istiqamətindən hərəkət edir”.

Leqal.info UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, onların ardınca “düşmənin yük avtomobilləri karvanı hərəkət edir”.

Ukrayna Ali Radasından bildirilib ki, Rusiya Federasiyası silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupları Ukraynanın mövqelərinin arxa cəbhəsinə dərindən nüfuz etmək məqsədilə Ukrayna Milli Qvardiyasından ələ keçirdikləri maşınlardan istifadə edirlər: “İki “KAZAK”, üç KRAZA və bir “QAZ-66”dan istifadə edən işğalçılar Ukrayna Silahlı Qüvvələrinin hərbi geyimindədirlər. Ukrayna vətəndaşlarından ayıq-sayıq olmalarını və hər hansı bir məlumat aldıqları təqdirdə hüquq-mühafizə orqanlarına məlumat vermələrini xahiş edirik”.скачать dle 10.6фильмы бесплатно
25-02-2022, 13:00
Baxıs: 30 418
Reyting: