“Putin ABŞ-la yaxşı münasibətlər qurmağın tərəfdarıdır”
“Vaşinqtonun sərt açıqlamalarına və düşmən ifadələrinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin ən azından Moskvaya faydalı olan sahələrdə ABŞ-la yaxşı münasibətlər qurmağın davamlı tərəfdarı olaraq qalır”.
Leqal.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, Rusiya-ABŞ münasibətlərinin inkişafında Rusiya ABŞ-ın hazır olduğu qədər qabağa getməyə hazırdır. Buna görə Peskov qeyd edib ki, bu baxımdan Moskvanın tutarlı mövqeyi göz qabağındadır. “Putin yaxşı münasibətlər qurmağın ardıcıl tərəfdarı olaraq qalır”,- deyə Kremlin sözçüsü qeyd edib. Xatırladaq ki, Vaşinqton dəfələrlə Rusiyanın “Şimal Axını- 2” layihəsinə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyini bildirib. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































