Seninem.Az > Dünya / Manşet Yuxarı > “Putin ABŞ-la yaxşı münasibətlər qurmağın tərəfdarıdır”
“Putin ABŞ-la yaxşı münasibətlər qurmağın tərəfdarıdır”Tarix: 8-04-2021, 17:53. Müəllif: admin |
|
“Vaşinqtonun sərt açıqlamalarına və düşmən ifadələrinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin ən azından Moskvaya faydalı olan sahələrdə ABŞ-la yaxşı münasibətlər qurmağın davamlı tərəfdarı olaraq qalır”. Leqal.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, Rusiya-ABŞ münasibətlərinin inkişafında Rusiya ABŞ-ın hazır olduğu qədər qabağa getməyə hazırdır. Buna görə Peskov qeyd edib ki, bu baxımdan Moskvanın tutarlı mövqeyi göz qabağındadır. “Putin yaxşı münasibətlər qurmağın ardıcıl tərəfdarı olaraq qalır”,- deyə Kremlin sözçüsü qeyd edib. Xatırladaq ki, Vaşinqton dəfələrlə Rusiyanın “Şimal Axını- 2” layihəsinə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyini bildirib. Geri Qayıt |