Türk həkimlərin peyvəndi İsraildə
İsrail türk həkimlər Uğur Şahin ilə xanımı Özlem Türecinin ixtira etdiyi peyvəndə sahib olub.
Leqal.info xəbər verir ki, vaksinlərin ilkin mərhələsi bu gün Təl-Əvivə çatdırılıb. Ben Qurion Hava Limanına gətirilən dərmanlar tətbiqə hazır edilməsi üçün depolara yollanıb. Vətəndaşlara peyvəndin vurulması dekabrın 20-dən etibarən başlayacaq. Baş nazir Benyamin Netanyahu isə koronavirus xəstələrinin tezliklə sağalacağını deyib: “Bu vaksinə inanıram və yaxın günlərdə nəticəsini görəcəyik”. Baş icraçı Yossi Ofek açıqlamasında ölkəyə ilin sonunadək 4 milyon doz vaksinin gətiriləcəyini söyləyib. Qeyd edək ki, 9 milyon əhalisi olan İsraildə 348 min 968 insan koronavirusa yoluxub və 2932 ölüm halı qeydə alınıb. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57