Seninem.Az > Dünya / Manşet Yuxarı > Türk həkimlərin peyvəndi İsraildə
Türk həkimlərin peyvəndi İsraildəTarix: 9-12-2020, 15:58. Müəllif: admin |
İsrail türk həkimlər Uğur Şahin ilə xanımı Özlem Türecinin ixtira etdiyi peyvəndə sahib olub. Leqal.info xəbər verir ki, vaksinlərin ilkin mərhələsi bu gün Təl-Əvivə çatdırılıb. Ben Qurion Hava Limanına gətirilən dərmanlar tətbiqə hazır edilməsi üçün depolara yollanıb. Vətəndaşlara peyvəndin vurulması dekabrın 20-dən etibarən başlayacaq. Baş nazir Benyamin Netanyahu isə koronavirus xəstələrinin tezliklə sağalacağını deyib: “Bu vaksinə inanıram və yaxın günlərdə nəticəsini görəcəyik”. Baş icraçı Yossi Ofek açıqlamasında ölkəyə ilin sonunadək 4 milyon doz vaksinin gətiriləcəyini söyləyib. Qeyd edək ki, 9 milyon əhalisi olan İsraildə 348 min 968 insan koronavirusa yoluxub və 2932 ölüm halı qeydə alınıb. Geri Qayıt |