İsraildə koronavirusdan ölənlərin sayı 180-i ötdü

İsraildə son sutkada koronavirusdan daha 8 nəfər ölüb.

“Leqal.info” “newsru.co”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Aprelin 21-də virusa daha 229 nəfər yoluxub. Bununla da İsraildə yoluxanların sayı 13 883-ə, ölənlərin sayı isə 181-ə çatıb. Ölənlər 29-98 yaş arasında olan şəxslərdir.

Qeyd edək ki, İsrail hökuməti aprelin 19-dan etibarən karantin rejimini yüngülləşdirib.скачать dle 10.6фильмы бесплатно
21-04-2020, 10:48
Baxıs: 67 516
Reyting: