Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 20 nəfər ölüb

Ukraynanın Xarkov vilayətində göyərtəsində kursantların olduğu An-26" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Leqal.info-nun Milli.az-a istinadən verdiyi məlumaat görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının mətbuar xidmətindən bildiriblər.

Məlumata əsasən, təyyarənin göyərtəsində 18 kursant və 5 heyət üzvü olub. Qəza nəticəsində 20 nəfər həlak olub.

Fövqəladə Hallar üzrə Dövlət Xidməti, öz növbəsində, 22 nəfərin öldüyünü açıqlayıb.

----------

Ukraynanın Xarkov vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Leqal.info-nun Milli.az-a istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində ölənlər və yaralananlar var. Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı hadisəni təsdiqləyib.

Bildirilir ki, An-26 hərbi nəqliyyat təyyarəsinin göyərtəsində kursantlar olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.скачать dle 10.6фильмы бесплатно
25-09-2020, 23:30
Baxıs: 36 283
Reyting: