Tramp Zelenskinin Ağ Evə gəlməsini istəyir
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskini məmnuniyyətlə qəbul edərdi.
"Report" TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə Nyu-Yorka uçuşdan əvvəl bildirib. Məlumata görə, Tramp Zelenskinin tezliklə Birləşmiş Ştatlara səfərinə ümidini ifadə edib. "Mən istərdim ki, o Ağ Evə gəlsin", - deyə Ağ Evin başçısı bildirib. "Reuters" agentliyi prezidentlərin görüşünün mümkün vaxtını açıqlamayıb. Ukrayna və ABŞ prezidentlərinin əvvəlki görüşü sentyabrın 25-də olub. Dövlət başçıları BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşüblər. Görüş 45 dəqiqə davam edib. Zelenski bildirib ki, Tramp Krımın Ukraynaya qayıtarılmasına kömək edəcəyini vəd edib. Tramp isə görüşü "fantastik" adlandırıb. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































