Seninem.Az > Dünya / Manşet Yuxarı > Tramp Zelenskinin Ağ Evə gəlməsini istəyir
Tramp Zelenskinin Ağ Evə gəlməsini istəyirTarix: 3-11-2019, 15:50. Müəllif: admin |
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskini məmnuniyyətlə qəbul edərdi. "Report" TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə Nyu-Yorka uçuşdan əvvəl bildirib. Məlumata görə, Tramp Zelenskinin tezliklə Birləşmiş Ştatlara səfərinə ümidini ifadə edib. "Mən istərdim ki, o Ağ Evə gəlsin", - deyə Ağ Evin başçısı bildirib. "Reuters" agentliyi prezidentlərin görüşünün mümkün vaxtını açıqlamayıb. Ukrayna və ABŞ prezidentlərinin əvvəlki görüşü sentyabrın 25-də olub. Dövlət başçıları BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşüblər. Görüş 45 dəqiqə davam edib. Zelenski bildirib ki, Tramp Krımın Ukraynaya qayıtarılmasına kömək edəcəyini vəd edib. Tramp isə görüşü "fantastik" adlandırıb. Geri Qayıt |