Tramp Çin prezidentini öz villasında qəbul etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Floridada yerləşən villasında Çin prezidenti Si Cinpini qəbul edəcəyini deyib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, ABŞ lideri çinli həmkarı ilə ticarət üzrə razılaşmalar hazırlamağı planlaşdırır.

"Nəzərə alaraq ki, hər iki tərəf danışıqlarda irəli gedəcək, biz mən və prezident Sinin Mar-a-Laqoda sammitini planlaşdıracağıq ki, sazişi imzalayaq. ABŞ və Çin üçün çox gözəl həftə sonudur", - deyə ABŞ prezidenti bildirib.

Tramp bu görüşün tarixlərini açıqlamayıb.скачать dle 10.6фильмы бесплатно
25-02-2019, 08:15
Baxıs: 44 439
Reyting:
  
Teq: Tramp