Ermənistanda Milli Təhlükəsizlik Xidmətinə və Polis rəhbərliyinə

Ermənistan prezidenti Armen Sarkisyan Milli Təhlükəsizlik Xidməti (MTX) və Polis rəhbərliyinə müvəqqəti təyinat edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, sərəncamla Eduard Martirosyan MTX-nin, Arman Sarkisyan isə Polisin müvəqqəti rəhbəri təyin olunub.

Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyanın təklifi əsasında ölkə prezidenti MTX direktoru Artur Vanesyanı və Polisin rəhbəri Valeri Osipyanı istefaya göndərmişdi.скачать dle 10.6фильмы бесплатно
19-09-2019, 19:09
Baxıs: 75 218
Reyting: