Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən itən sənədlərlə bağlı

“Ermənistan Milli Təhlükəsizlik Xidmətindən 2008-ci ilin mart hadisələri ilə bağlı itən sənədlərdən xəbərim var, ancaq bu informasiyanı açıqlaya bilmərəm”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan bildirib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidmətindən sənədlərin itməsi faktı ilə bağlı cinayət işi başlamayıb.

Ermənstanın baş naziri Nikol Paşinyan cari il mayın 8-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “məxməri inqilabdan” əvvəl keçmiş hakimiyyətin təmsilçiləri Milli Təhlükəsizlik Xidmətində bir sıra sənədləri məhv ediblər. İtən sənədlərin sayından və məzmunundan heç kimin məlumatı yoxdur. Nikol Paşinyan bunu cinayət adlandırıb.скачать dle 10.6фильмы бесплатно
5-06-2019, 16:51
Baxıs: 58 130
Reyting: