Putin Ermənistan prezidenti ilə ölkədəki vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.

Trend-in verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı Ermənistanda yaranmış mövcud vəziyyətin müzakirə edildiyi bildirilir.

"Ermənistandakı cari vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen sarkisyan daxili böhranın tezliklə aradan qaldırılması məqsədi ilə ölkədəki bütün siyasi qüvvələri tərəfindən təmkin və məsuliyyət nümayiş etdirilməsinin vacibliyini vurğulayıb", - deyə məlumatda bildirilir.скачать dle 10.6фильмы бесплатно
26-04-2018, 03:47
Baxıs: 43 159
Reyting: