Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında mitinq başlayıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ona qarşı irəli sürülən ittihamların Konstitusiyaya uyğunluğu barədə müraciəti ilə bağlı Yerevanda iclas keçirən Konstitusiya Məhkəməsinin binası qarşısında mitinq başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, R.Köçəryanın 100-dək tərəfdarı onu dərhal azadlığa buraxmağı tələb edir.

Xatırladaq ki, iyunun 25-də Apelyasiya Məhkəməsinin qərarı ilə həbs edilən R.Köçəryana qarşı 2008-ci il prezident seçkilərindən sonra kütləvi iğtişaşlarla bağlı Konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq ittihamları irəli sürülüb.скачать dle 10.6фильмы бесплатно
3-09-2019, 13:57
Baxıs: 91 561
Reyting: