Hakim Ermənistanın sabiq prezidenti ilə bağlı məhkəmə davasından çəkilib

Ermənistan Apellyasiya Məhkəməsində 2008-ci ildə konstitusiya quruluşunu devirmək cəhdində ittiham olunaraq hazırda həbsdə olan sabiq prezident Robert Koçaryanın girov müqabilində sərbəst buraxılması barədə vəsatətlə bağlı davaya baxan hakim bu işdən çəkildiyini açıqlayıb.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının vəkillər qrupunun üzvü Aram Orbelian məhkəmə iclasından sonra jurnalistlərə bildirib.

“Hakim prokurorun vəsatəti ilə bağlı işdən çəkildiyini bildirib. Bunu ədalət mühakiməsindən qəsdən imtina kimi qəbul edirik”, - deyən vəkil R.Koçaryanla bağlı davanın qeyri-müəyyən vaxta təxirə salındığını da qeyd edib.

Xatırladaq ki, R.Koçaryana qarşı sözügedən ittiham Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən 2018-ci il iyulun 26-da irəli sürülmüşdü.

Qeyd edək ki, Robert Koçaryan hazırda həbsdədir.скачать dle 10.6фильмы бесплатно
10-01-2019, 16:18
Baxıs: 50 276
Reyting: