MTN-in sabiq şöbə rəisinin cəzası 12 ildən 5 ilə endirilib

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət qismən təmin olunub. Onun cəzası 5 ilə endirilib.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur. V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin geri alınması barədə qərardad da çıxarıb.скачать dle 10.6фильмы бесплатно
28-02-2018, 17:17
Baxıs: 15 351
Reyting: