Seninem.Az > Dünya / Manşet Yuxarı > Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında mitinq başlayıb

Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında mitinq başlayıb


Tarix: 3-09-2019, 13:57. Müəllif: admin
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ona qarşı irəli sürülən ittihamların Konstitusiyaya uyğunluğu barədə müraciəti ilə bağlı Yerevanda iclas keçirən Konstitusiya Məhkəməsinin binası qarşısında mitinq başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, R.Köçəryanın 100-dək tərəfdarı onu dərhal azadlığa buraxmağı tələb edir.

Xatırladaq ki, iyunun 25-də Apelyasiya Məhkəməsinin qərarı ilə həbs edilən R.Köçəryana qarşı 2008-ci il prezident seçkilərindən sonra kütləvi iğtişaşlarla bağlı Konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq ittihamları irəli sürülüb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt