Füzulidə DİN-in üç əməkdaşı yol qəzasında həyatını itirib
Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlarımız xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. |
XƏBƏR LENTİ
Dünən, 19:08
Dünən, 19:02
Dünən, 17:46
Dünən, 13:39
Dünən, 13:30
Dünən, 13:28
Dünən, 11:16



































