Seninem.Az > DİN / Manşet Yuxarı / Manşet Sağ > Füzulidə DİN-in üç əməkdaşı yol qəzasında həyatını itirib
Füzulidə DİN-in üç əməkdaşı yol qəzasında həyatını itiribTarix: 19-09-2023, 08:48. Müəllif: admin2 |
|
Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlarımız xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. Geri Qayıt |