Polisin "saxla" əmrinə tabe olmayan sürücü tutuldu

Polisin "saxla" əmrinə tabe olmayan sürücü tutuldu

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Shacman” markalı, 99-XM-703 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Əli Hüseynov polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

İdarənin YPX Alayının I taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Əli Hüseynov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Əli Hüseynov inzibati qaydada həbs edilib.скачать dle 10.6фильмы бесплатно
22-06-2023, 18:18
Baxıs: 91
Reyting: