Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəis müavini təyin edilib
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəis müavini təyin edilib.
Leqal.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, DİN-in əməkdaşı, polis mayoru Emil Əhmədov NİİM-in rəis müavini təyin olunub. DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, NİİM-in rəisi polis polkovnik-leytenantı Namidan Piriyevdir. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






