Seninem.Az > Aktual / Manşet Yuxarı > Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəis müavini təyin edilib
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəis müavini təyin edilibTarix: 10-06-2022, 15:10. Müəllif: admin |
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəis müavini təyin edilib. Leqal.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, DİN-in əməkdaşı, polis mayoru Emil Əhmədov NİİM-in rəis müavini təyin olunub. DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, NİİM-in rəisi polis polkovnik-leytenantı Namidan Piriyevdir. Geri Qayıt |