Mehriban Əliyeva ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqın ümummilli lideri, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə rəsmi instaqram hesabında paylaşım edib.

Leqal.info-nun xəbərinə görə, mətndə deyilir:

"Bu gün Heydər Əliyevin – bütün həyatını doğma Azərbaycana xidmətə həsr etmiş dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümüdür. O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən üstün tuturdu. Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası onun müqəddəs arzusu reallaşıb – bizim 30 ilə yaxın işğal altında olmuş torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilib. Dahi lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".скачать dle 10.6фильмы бесплатно
10-05-2021, 14:42
Baxıs: 52 491
Reyting: