Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə rəsmi "İnstagram" səhifəsində paylaşım edib.

"Leqal.info" xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.скачать dle 10.6фильмы бесплатно
10-05-2020, 07:17
Baxıs: 22 289
Reyting: