Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncədə səfərdədir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncə şəhərinə gəliblər.
Leqal.info "Report"a istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































