Şuşa uğrunda döyüşlərdə şəhid olan çavuş

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Mirzəyev Orxan Mehman oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Leqal.info-ya verilən məlumata görə, O.Mirzəyev 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub.

7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.скачать dle 10.6фильмы бесплатно
20-01-2021, 15:30
Baxıs: 35 698
Reyting: