Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı
“Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanuna dəyişiklik edilib.
Leqal.info xəbər verir ki, 1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilir: “Zəfər” ordeni; “Qarabağ” ordeni. 1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir. "Cəsur döyüşçü" medalı; "Döyüşdə fərqlənməyə görə" medalı; "Suqovuşanın azad olunmasına görə" medalı; "Cəbrayılın azad olunmasına görə" medalı; "Xocavəndin azad olunmasına görə" medalı; "Füzulinin azad olunmasına görə" medalı; "Zəngilanın azad olunmasına görə" medalı; "Qubadlının azad olunmasına görə" medalı; "Şuşanın azad olunmasına görə" medalı; "Kəlbəcərin azad olunmasına görə" medalı; "Ağdamın azad olunmasına görə" medalı; "Laçının azad olunmasına görə" medalı; "Vətən müharibəsi iştirakçısı" medalı; "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı;" Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib. |
XƏBƏR LENTİ
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Bu gün, 09:46
Dünən, 08:57
Dünən, 08:57