Seninem.Az > Aktual / Manşet Yuxarı > Şuşa uğrunda döyüşlərdə şəhid olan çavuş
Şuşa uğrunda döyüşlərdə şəhid olan çavuşTarix: 20-01-2021, 15:30. Müəllif: admin |
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Mirzəyev Orxan Mehman oğlu Vətən Müharibəsinin şəhidlərindəndir. Nazirlikdən Leqal.info-ya verilən məlumata görə, O.Mirzəyev 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub. 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Geri Qayıt |